Поиск

Полнотекстовый поиск:
Где искать:
везде
только в названии
только в тексте
Выводить:
описание
слова в тексте
только заголовок

Рекомендуем ознакомиться

'Исследование'
Количество автолюбителей в наше время постоянно растет и спрос на импортные автомобили имеет ту же тенденцию, но не все могут себе позволить купить но...полностью>>
'Программа'
Завтрак. Обзорная экскурсия «Многоликий Петербург: Вы первый раз в Петербурге? С главными достопримечательностями северной столицы России познакомит а...полностью>>
'Вопросы к экзамену'
35. Основные категории педагогики: Педагогика. Образование. Обучение. Воспитание. Развитие. Самообразование. Самовоспитание. Педагогическая деятельнос...полностью>>
'Документ'
Комплексный анализ предполагает рассмотрение произведения в единстве его формы и содержания и в совокупности всех его структурных уровней: жанра, темы...полностью>>

Главная > Документ

Сохрани ссылку в одной из сетей:
Информация о документе
Дата добавления:
Размер:
Доступные форматы для скачивания:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE - PEDAQOJİ TEXNİKUMU

FƏNN: UŞAQ ANATOMİYASI, FİZİOLOGİYASI VƏ GİGİYENASI

MÖVZU 1.UŞAQ ANATOMİYASI, FİZİOLOGİYASI VƏ GİGİYENASI

FƏNNİ, ONUN VƏZİFƏLƏRİ, BİOLOJİ VƏ PEDAQOJİ

ELMLƏR SİSTEMİLƏ ƏLAQƏSİ VƏ QİSA İNKİŞAF TARİXİ

MÜƏLLİF: AĞAKİŞİYEV ASLAN GƏNCİ OĞLU

MÜNDƏRİCAT

Səh.

1. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası fənni, onun vəzifələri, bioloji və

pedaqoji elmlər sistemilə əlaqəsi----------------------------------------------------------- 3

2. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası elminin inkişaf tarixi---------------- 4

3. Ədəbiyyat----------------------------------------------------------------------------------------- 5

UŞAQ ANATOMİYASI, FİZİOLOGİYASI VƏ GİGİYENFSI FƏNNİ, ONUN VƏZİFƏLƏRİ, BİOLOJİ VƏ PEDAQOJİ ELMLƏR SİSTEMİLƏ ƏLAQƏSİ VƏ QİSA İNKİŞAF TARİXİ

Uşaq ana­to­mi­ya­sı (yunanca anatenmo-yarıram deməkdir) uşaq or­qa­niz­mi­nin və onun ay­rı-ay­rı or­qan­la­rı­nın, toxumalarının, hüuceyrələrinin qu­ru­lu­şu­nu və formasını öy­rə­nir.

Uşaq fi­zio­lo­gi­ya­sı (fiziologiya phisis-təbiət, loqos –elm sözlərindən götürülmüşdür) onto­ge­ne­zin müx­tə­lif dövrlərində or­qan­la­rın, or­qan­lar sis­te­mi və orqa­nizmdə bö­yü­mə və in­ki­şaf za­ma­nı ge­dən hə­ya­tı pro­ses­lə­ri - funk­si­ya­ları, bu funksiyaların yaş dövrlərində özü­nə­məx­sus­lu­ğu­nu öyrə­nir.

Gigiyena (yunanca gigienos-sağlam) insanın sağlamldığını qorumaq və möhkəmlətmək üçün əlverişli şərait yaratmaq, onun əməyini və istirahətini düzgün təşkil etmək, xəstəliklərin qarşısını qabaqcadan almaq üçün profilaktik tədbirlər görmək haqqında elmdir. Hər bir uşağın müxtəlif yaş dövrü özünün xüsusiyyətlərinə malikdir. Mövcud olan gigiyena normaları və təklifləri uşağın dünyaya gəlməsi anından onun gigiyenik baxımdan tərbiyələndirilməsinə kömək edir. Buna uyğun olaraq uşaq gigiyenasının tədqiqat obyekti uşaq və yeniyetmə yaşlarının xüsusiyyətləri, sağlamlığı və xəstəliklərin profilaktikası, sinir sisteminin və ayrı-ayrı orqanların (görmə, tənəffüs, həzm və s.) gigiyenası, fiziki tərbiyə, sümük-əzələ sisteminin möhkəmləndirilməsi, düzgün qamətin tərbiyələndirilməsi, orqanizmin möhkəmləndirilməsi, qidalanmanın gigiyenik əsasları, valideynlərin sanitar savadının möhkəmləndirilməsindən ibarətdir.

Ha­zır­da in­san ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı elmlərində çox­lu fak­ti­ki mə'lumatlar top­la­nıb və bun­la­rın hər bi­ri ay­rı­ca fənn ki­mi tibb təd­ris müəs­si­sə­lə­rin­də təd­ris olu­nur. Təd­ri­cən bu fən­lərin qol­la­rı dif­fe­ren­siyal­laş­ma­ğa baş­la­dı ki, bun­lar­dan bi­ri də uşaq ana­to­mi­ya­sı və yaş fi­zio­lo­gi­ya­sı el­mi­dir. Bu el­min qar­şı­sı­na qoy­duğu və­zi­fə uşaq or­qa­niz­mi­nin hə­yat fəa­liy­yə­ti­nin qanuna­uy­ğunluqlarını öy­rən­mək və onu ida­rə et­mək­dən ibarətdir. Uşaq ana­to­miyası və fi­zio­lo­gi­ya­sı el­mi­nin pred­me­ti bö­yü­mək­də olan sağ­lam or­qa­niz­min özü və on­da­kı ay­rı-ay­rı fi­zio­lo­ci pro­ses­lər­dir.

Mə'lumdur ki, or­qa­niz­min ümu­mi qu­ru­luş və funksiyasını, onun or­qan­la­rı, to­xu­ma­la­rı və hü­cey­rə­lə­ri­nin qu­ru­lu­şu­nu bil­mədən öy­rən­mək müm­kün de­yil. Ona gö­rə də uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi mak­ros­ko­pik və mik­ros­ko­pik ana­to­mi­ya, emb­rio­logiya, his­to­lo­gi­ya, si­to­lo­gi­ya, bio­kim­ya və s. elmlərlə üz­vi sur­ətdə əla­qə­dar­dır.

Can­lı­lar­da ge­dən hə­ya­ti pro­ses­lər ta­ri­xi in­ki­şaf­da də­yi­şil­miş və mü­rək­kəb­ləş­miş­dir. Hər bir or­qa­niz­min qu­ru­luş və fi­zio­lo­ci pro­ses­lə­ri­ni öy­rən­mək üçün hə­min or­qa­niz­min ta­ri­xi in­ki­şa­fı­nı - fi­lo­ge­ne­zi­ni də bil­mək va­cib­dir. Uşaq ana­to­mi­ya­sı və fizio­lo­gi­ya­­sını öy­rə­nər­kən tə­ka­mül tə'liminin element­lə­rin­dən (prinsip­lərin­dən) ge­niş is­ti­fa­də olu­nur ki, bu da onun mü­qa­yi­sə­li ana­to­miya və tə­ka­mül fi­zio­lo­gi­ya­sı ilə əla­qə­si­ni gös­tə­rir. Uşaq ana­tomiyası və fi­zio­lo­gi­ya­sı el­mi bü­tün bio­lo­ji və tib­bi elmlərlə ya­naşı pe­do­qo­gi­ka, psi­xo­lo­gi­ya, fi­zi­ki tər­bi­yə (bə­dən tər­bi­yə­si) elm­ləri ilə də çox sıx əla­qə­dar­dır.

Uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi ön­cə pe­do­qo­ji əhə­miy­yət da­şı­yır. Bu pred­me­tin öy­rə­nil­mə­si müəl­lim­lə­rə im­kan ve­rir ki, in­ki­şaf et­mək­də olan uşaq­la­rı müx­tə­lif yaş dövrlərində düz­gün is­ti­qa­mət­lən­dir­sin, fi­zi­ki cə­hət­cə sağ­lam bö­yü­mə­si­nə şə­rait ya­rat­sın. Bu elm şagirdlərdə tə'lim-tər­bi­yə işi­nin nor­mal fi­zi­oloci-gi­gi­ye­nik əsas­da apa­rıl­ma­sı­na, fi­zi­ki tər­bi­yə və is­ti­ra­hə­tin düz­gün re­cim­lə qu­rul­ma­sı­na kö­mək­lik edir. Uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi pe­da­qo­gi­ka və psi­xo­lo­giya elmlərilə bir­lik­də müəl­lim­lər­də ye­ni dün­ya gö­rü­şü­nün for­ma­laş­masına, mək­təb­lilərin tə'lim tər­bi­yə­si­nin el­mi əsas­lar­la qu­rul­ma­sı­na gə­ti­rib çı­xarır, pe­do­qo­ci təh­sil sis­te­min­də tə­biət elmlərinin əsas ünsür­lə­rin­dən bi­ri­nə çe­vi­ri­lir.

Ona gö­rə də hər bir pe­da­qoq - ib­ti­dai si­nif müəl­li­mi uşaq or­qa­niz­mi­nin qu­ru­lu­şu, on­da ge­dən ay­rı-ay­rı fi­zio­lo­ci pro­ses­lər haq­qın­da ele­men­tar bi­li­yə ma­lik ol­ma­lı­dır. Tə­sa­dü­fü de­yil ki, bu pred­me­tə dün­ya­nın bir çox gör­kəm­li pe­da­qoq­la­rı, psi­xo­loq­la­rı, hə­kim və bio­loq­la­rı xü­su­si əhə­miy­yət ver­miş­lər və verirlər. N.K.Krupskaya ya­zır­dı: "Pe­da­qoq hər şey­dən əv­vəl nə­yi bil­mə­li­dir – in­san or­qaniz­minin qu­ru­lu­şu və funksiyasını, onun ana­to­mi­ya­sı­nı, fi­zi­o­lo­giyasını və in­ki­şa­fı­nı. Bun­la­rı bil­mə­yən yax­şı pe­da­qoq ol­maz, uşaq­la­rı düz­gün bö­yü­düb tər­bi­yə edə bil­məz".

Be­lə­lik­lə uşaq or­qa­niz­mi­nin ana­to­mi­ya­sı­nı, fi­zio­lo­gi­ya­sı­nı və gigiyenasını la­zı­mi sə­viy­yə­də bi­lən tər­bi­yə­çi - pe­da­qoq­lar on­la­rın zeh­ni və fi­zi­ki qa­bi­liy­yət­lə­ri­ni sağ­lam və yax­şı in­ki­şaf et­di­rə bi­lər.

Uşaq ANA­TO­Mİ­YA­SI, Fİ­ZİO­LO­Gİ­YA­SI və gigiyenası EL­Mİ­NİN İN­Kİ­ŞAF TA­Rİ­Xİ

İn­san or­qa­niz­mi­nin qu­ru­lu­şu və on­da ge­dən pro­ses­lər haq­qın­da il­kin mə"lu­mat­lar bi­zim era­dan əv­vəl ya­şa­yıb ya­rat­mış, tə­ba­bə­tin ata­sı sa­yı­lan Hi­ppok­ra­tın (b.e.ə. 384-322-ci il­lər) əsər­lə­rin­də rast gə­li­nir. Kəl­lə sü­mük­lə­ri, ar­te­ri­ya­lar, və­tər­lər və si­nir­lər haq­qın­da mə’lumat ver­mək­lə o bil­dir­irdi ki, ar­te­ri­ya­la­rın içə­ri­sin­də ha­va olur, cin­si hü­cey­rə­lər be­yin­də ha­zır­la­nır və onur­ğa bey­ni va­si­tə­si­lə cin­siy­yət or­qan­la­rı­na ke­çir və s.

Yu­na­nıs­ta­nın di­gər məh­şur ali­mi Aris­to­tel ürə­yin qu­ru­lu­şu, onun da­mar­lar­la əla­qə­si, sü­mü­yü qi­da­lan­dı­ran da­mar­lar, yu­xa­rı və aşa­ğı boş ve­na­lar, si­nir­lər və və­tər­lər haq­qın­da öz döv­rü üçün mü­fəs­səl mə’lumatlar ve­rmişdir. O, ürək­dən çı­xan iri aor­ta da­ma­rı­nın va­hid­li­yi­ni, ki­çik damar­la­rı isə onun şa­xə­lə­ri ol­du­ğu­nu gös­tə­rirdi. Son­ra­lar İs­gən­də­riy­yə şə­hə­ri­nin ana­tom­la­rı He­ro­fil (b.e.ə. 304 ana­­dan olmuşdur) və Erazistrat (b.e.ə.300-250-ci il­lər) bu el­min in­ki­şa­fın­a xey­li yar­dım­çı olmuş­lar. He­ro­fil oni­ki­bar­maq bağır­sa­ğı və pros­tat və­zi­si­ni ilk də­fə tap­mış, baş bey­in və onur­ğa be­yin qi­şalarını, ve­noz cib­lə­ri, his­si və hə­rə­ki si­nir­lə­ri, duy­ğu or­qan­larını və da­mar sis­te­mi­ni, Erazistrat isə ürək qa­paq­la­rı­nı ilk də­fə tap­mış, be­yində mə­də­cik­lə­ri­n, si­nir­lə be­yin ara­sın­da­kı əla­qə­ni, be­yin sət­hi­ndə çox­lu qı­rış­lar­ın ol­ma­sı­nı təs­vir et­miş­dir.

Bi­zim era­nın II əs­rin­də ya­şa­mış ital­yan ali­mi G.Qa­len (130-201-ci il­lər) ana­to­mi­ya kurslarından mü­ha­zi­rə oxu­muş, hey­van me­yid­lə­ri­ni ya­rıb gös­tər­miş, sü­mük­lə­rin for­ma­sı­nı, in­ki­şa­fı­nı, da­xi­li qu­ru­lu­şu­nu, onur­ğa be­yin si­nir­lə­ri­ni na­hiy­yə­lə­rə gö­rə təs­vi­ri­ni ver­miş­dir. O, ar­te­ri­ya­lar­da ha­va yox (Hi­pok­rat­dan fərq­li ola­raq) qan ol­du­ğu­nu sü­but et­miş­dir. Or­ta əsrlərdə ya­şa­mış bö­yük ta­cik ali­mi, hə­ki­mi və mü­tə­fək­ki­ri Əli İbn Si­na­nın (980-1037-ci il­lər) yaz­dı­ğı "Tə­ba­bət qa­nu­nu" ad­lı en­sik­lo­pe­dik əsərin­də tə­ba­bə­tin di­gər sa­hə­lə­rin­də ol­du­ğu ki­mi tib­bin nə­zə­ri əsa­sı olan ana­to­mi­ya haq­qın­da da ge­niş mə’lu­mat­lar ve­rmişdir. XV-XVI əsrlərdə ya­şa­mış ital­yan rəs­sa­mı və ali­mi Leo­nar­do da Vin­çi, Bel­çi­ka ali­mi Andrey Ve­za­li­nin də ana­to­mi­ya və fi­zio­lo­gi­ya­nın in­ki­şa­fın­da xid­mət­lə­ri çox olmuşdur. Leo­nar­do da Vin­çi plas­tik ana­to­mi­ya­nın əsa­sı­nı qoy­muş, ürək ara­kəs­mə­lə­ri­ni kəşf et­miş gö­zün və bə"zi da­xi­li or­qan­la­rın qu­ru­lu­şu­nu ver­miş, A.Va­ze­li isə ilk də­fə ola­raq in­sa­nın bə­dən qu­ru­lu­şu­nu sis­te­ma­tik ola­raq öy­rə­nə­rək "İn­sa­nın bə­də­ni­nin qu­ru­lu­şu haq­qın­da yed­di ki­tab" əsə­ri­ni yaz­mış­dır.

Ərəb ali­mi İbn-əl Na­fiz XII əsrdə ki­çik qan döv­ra­nı­nı, Bar­to­lo­meo Yevstaxi (1520-1574) or­ta və da­xi­li qu­la­ğı öy­rə­nmiş, Fal­lopi uşaq­lıq bo­ru­su­nu, yu­mur­ta­lı­ğı, Va­ro­lis isə be­yin kör­pü­sü­nü təs­vir etmişdir.

XVII əsrdə in­gi­lis ali­mi Har­vey (1578-1657) bö­yük qan döv­ra­nı­nı kəşf et­miş, ital­yan ali­mi Azel­lo (1581-1626) lim­fa sis­te­mi­ni öy­rən­miş, Mal­pi­ki (1628-1694) ka­pil­yar və böy­rək kap­sul­la­rı­nı kəşf et­miş­dir.

XVII əsrdə fran­sız ali­mi Bi­şa (1771-1802) to­xu­ma­la­rın el­mi təs­ni­fa­tı­nı, or­qa­niz­min to­xu­ma­lar­dan əmə­lə gəl­mə­si­ni, XIX əsrdə isə al­man alim­lə­ri ŞvanŞley­den or­qa­niz­min hüceyrə­lər­dən təş­kil olun­ma­sı­nı (hü­cey­rə nə­zə­riy­yə­si­ni) kəşf etdilər. Ru­si­ya­da ana­to­mi­ya və fi­zio­lo­gi­ya el­mi­nin in­ki­şa­fın­da A.İ.Şumlyanski, P.A.Za­qorski, P.V.Buyalski, N.İ.Pi­ra­qov, P.F.Les­qaft, V.T.Vo­rob­yov, İ.P.Pav­lov, İ.M.Se­çe­nov, V.V.Pa­rin, A.A.Uxtomski, P.K.Ano­xin və s. Azər­bay­can­da isə M.Top­çu­ba­şov, M. Mirqasımov, Ə.Əliyev, K.Bala­ki­şi­yev, Ə.Qa­ra­yev, Q.Qəh­rə­ma­novB.Şadlinski ki­mi alim­lə­rin ro­lu çox­ böyük olmuşdur.

K.Balakişiyev ana dilində müfəssəl tibbi və anatomik terminlərin ilk yaradıcısı, unikal anatomiya muzeyinin təşkiledicisi, «İnsanın normal anatomiyası» adlı 4 cildlik oricinal dərsliyin müəllifi, həmçinin böyük pedaqoq və görkəmli alim kimi tanınır. O, 50-yə qədər iri həcmli dərslik, dərs vəsaiti, elmi məqalə çap etdirmişdir.

Azərbaycanda fiziologiya elminin inkişafında akademik A.İ.Qarayevin xidmətləri böyükdür. A.Qarayevin əsas elmi tədqiqat işləri müxtəlif daxili orqanlara mexaniki və kimyəvi təsirlər zamanı qanın mübadilə göstəricilərinin və bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Naftalan neftinin müalicəvi təsir mexanizmləri və interoseptik mübadilə reflekslərinin tədqiq olunmasında da xidmətləri böyükdür. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar və maddələr mübadiləsi» monoqrafiyasında toplanmışdır. Qarayev bir çox dərs vəsaitlərinin və 300-dən çox elmi əsərin müəllifi olmuşdur. Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloci məktəb yaradaraq, yüksək ixtisaslı milli fizioloqlar hazırlanmasında xüsusi rol oynamışdır.

Qeyd et­mə­li­yik ki, uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi ümu­mi ana­to­mi­ya və fi­zio­lo­gi­ya el­mi­nin tər­kib his­sə­si ol­maq­la on­dan müəy­yən mə"na­da fərqlənir. Yə"ni bu elm sahəsi ümu­mi ana­to­mi­ya və fi­zio­lo­gi­ya­ya nis­bə­tən ca­van elmdir. Bu elm sər­bəst bir elm ki­mi XVIII və XIX əsrdə for­ma­laş­ma­ğa baş­la­mışdır. Onun əsa­sı­nı qo­yan­lardan bi­ri də rus ali­mi N.P.Qun­do­bin olmuşdur. O özü­nün "Uşaq bö­yü­mə­si­nin xü­su­siy­yət­lə­ri" mo­noq­ra­fi­ya­sın­da uşaq or­qaniz­minin sis­tem və or­qan­la­rı­nın ana­to­mik-fi­zio­lo­ci xü­su­suiy­yət­lərini hər­tə­rəf­li şərh etmişdir. So­vet­lər bir­li­yi döv­rün­də isə rus alim­lə­ri və uşaq hə­kim­lə­rin­dən Q.S.Me­do­vi­kov, M.S.Mas­lov, Q.N.Speranski, A.Q.Xrip­ko­va, N.N.Leon­te­va, ma­car ali­mi A.Andronesku, in­gi­lis ali­mi R.Last, al­man ali­mi A.Val­deev, Azər­baycan ali­mi Ə.Qa­ra­yev və baş­qa­la­rı­nın bu el­min in­ki­şa­fın­da çox bö­yük xid­mət­lə­ri ol­muş­dur.

ƏDƏBİYYAT

1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007.

2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004.

3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005.4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər,

“Müəllim” nəşriyyatı, Bakı, 2007.

5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988.

­­­­­­­­­­­­­

MÖVZU 2. HÜCEYRƏ, ONUN QURULUŞU, KİMYƏVİ TƏRKİBİ, ƏSAS HƏYAT

XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səh.

  1. Hüceyrə, onun quruluşu, kimyəvi tərkibi, əsas həyat xassələri, bölünmə

tiplərinin bioloji əhəmiyyəti--------------------------------------------------------------- 3

2. Hüceyrənin quruluşu---------------------------------------------------------------------- 3

3. Hüceyrənin orqanoidləri------------------------------------------------------------------ 4

- Endoplazmatik şəbəkə----------------------------------------------------------------- 4

- Holci kompleksi--------------------------------------------------------------------------- 4

- Mitoxondrilər------------------------------------------------------------------------------- 4

- Lizosomlar--------------------------------------------------------------------------------- 5

- Ribosomlar-------------------------------------------------------------------------------- 5

- Hüceyrə mərkəzi------------------------------------------------------------------------- 5

- Nüvə----------------------------------------------------------------------------------------- 5

- Nüvəcik------------------------------------------------------------------------------------- 6

4. Hüceyrənin kimyəvi tərkibi--------------------------------------------------------------- 6

- Hüceyrənin qeyri-üzvi tərkibi---------------------------------------------------------- 6

- Hüceyrənin üzvi tərkibi------------------------------------------------------------------ 6

5. Hüceyrənin əsas həyat xassələri------------------------------------------------------- 8

6. Hüceyrənin bölünmə tiplərinin bioloji əhəmiyyəti----------------------------------- 9

7. Ədəbiyyat------------------------------------------------------------------------------------ 10

HÜCEYRƏ, ONUN QURULUŞU, KİMYƏVİ TƏRKİBİ,

ƏSAS HƏYAT XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ

Hüceyrənin quruluşu

Şəkil. Hüceyrənin ultramikroskopik quruluş sxemi

1-plazmatik membran, 2-pinositoz qovuqcuqlar, 3-

sentrosom, 4-hialoplazma, 5-endoplazmatik şəbəkə,

6-nüvə, 8-nüvə dəlikləri, 9-nüvəcik, 10-Holci aparatı,

11-sektor qovuqcuqlar, 12-mitoxondrilər,13-lizosomlar, 14-faqositozun mərhələləri,15- sitolemmanın endoplazmatik şəbəkə zarı ilə əlaqəsi


Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş, inkişaf və funksional vahididir. 1665-ci ildə ilk dəfə “hüceyrə” terminini ingilis fiziki Robert Huk işlətmişdir. O öünün düzəltdiyi mik­ros­kop­la man­tar kə­si­yi­nə bax­dıq­da onun ki­çik göz­cük­lər­dən təş­kil olun­du­ğu­nu ğörmüş və on­la­rı hü­cey­rə ad­lan­dı­rmışdır. Can­lı hü­cey­rə­ni isə ilk dəfə 1680-ci il­də An­ton Van Le­ven­huk kəşf etmişdir.

İstənilən orqanizmin hüceyrəsi üç hissədən: xarici qatdan – qılafdan, sitoplazma və onun mərkəzində yerləşən nüvədən ibarətdir (şə­kil 1). Ye­ni do­ğul­muş uşaq or­qa­niz­min­də təq­ri­bən 2 tril­yo­na­dək hü­cey­rə olur. Hüceyrələr çox kiçik ölçülü olub, yalnız mikroskop altında görünür. la­kin si­nir hü­cey­rə­lə­ri çı­xın­tı­la­rı ilə bir­lik­də iri­ ölçülü olub, 1-1,5 m-ə bə­ra­bər olur.

İnsan və heyvan hüceyrələrinin xa­ri­ci qa­tı qli­ko­ka­lis adlanır, onun al­tın­da isə plaz­ma­tik membran yer­lə­şir. Membran latınca «membrans» - dəri deməkdir. Onun qalınlığı 7-10nm olub, üç qatdan ibarətdir. Yalnız elektron mikroskopunda görünür. Plazmatik membran lipid və zülal molekullarından ibarətdir. Lipid molekulları arasında zülallar yerləşir. Bə’zi hal­lar­da isə zü­lal mo­lekulu li­pid mo­le­ku­lun­dan ke­çə­rək onun üzə­ri­nə çı­xır. Polisaxaridlər isə zülal və lipid molekulları ilə birləşmiş olur. Polisaxaridlər əgər li­pid­lər­lə bir­lə­şib­sə bu birləşmə qli­ko­lipidlər, zü­lal­lar­la bir­lə­şib­sə qli­kop­ro­teid­lər ad­la­nır. Mem­bran di­na­mik qu­ru­luş­lu­dur, yəni hərəkətlidir. Bu hərəkəti yaradan lipid və zülal molekullarıdır. Plazmatik membran hüceyrədə bir sıra funksiyaları yerinə yetirir: 1. Plaz­ma­tik membran hü­cey­rə möh­tə­vi­ya­tı­nı xa­ri­ci mü­hit­dən ayı­rır, yəni hüceyrə ilə xarici mühit arasında sədd çəkir; 2. Se­çi­ci ke­çi­ri­ci­li­yə ma­lik­dir. Hü­cey­rə­nin xa­ricin­dən da­xi­li­nə və da­xil­dən xa­ri­cə ion və mo­le­kul­la­rın keç­mə­si­ni tə’min et­mək­lə hü­cey­rə daxi­lin­də nis­bi sa­bit­li­yi ya­ra­dır. 3. Membran həm­çi­nin xa­ri­ci mü­hit­dən məlumatları qə­bul edə­rək onu hü­cey­rə­nin da­xi­li­nə ötür­mək qa­biliy­yətinə ma­lik­dir. Su, suda həll olmuş duzların ionları, üzvi maddələr plazmatik membranda olan kiçik məsamələrdən sitoplazmaya keçir. Beləliklə, hüceyrə ilə xarici mühit arasında maddələr mübadiləsi baş verir. Sitoplazmada sintez olunmuş bəzi maddələr də həmin məsamələrdən xaric oluna oluna bilir.

Plazmatik membranın mühüm xüsusiyyətlərindən biri də faqositoz və pinositoz etmək qabiliyyətidir.

Hü­cey­rə or­qa­noid­lə­ri­nə və hü­cey­rə­da­xi­li bir­ləş­mə­lə­rə aşa­ğı­da­kı­lar aid­dir: mitoxondri, li­zo­som, ri­bo­som, endo­plaz­ma­tik şə­bə­kə, Hol­ci apa­ra­tı, hü­cey­rə mər­kə­zi, ney­ro­fib­ril, mio­fib­ril, qam­çı, kip­rik, piqmentlər, zü­lal­lar, yağ­lar, karbo­hid­ratlar.

Hüceyrə or­qa­noid­lə­rini şər­ti ola­raq iki qru­pa böl­mək olar:

  1. Ümu­mi əhə­miy­yət­li or­qa­noid­lər. Bu orqanoidlər hü­cey­rə­lə­rin bö­yük ək­sə­riy­yə­tin­də rast gə­li­nir. Bun­la­ra aşağıdakılar aid­dir: mitoxondri, ri­bo­som, li­zo­som, hü­cey­rə mər­kə­zi, Hol­ci apa­ra­tı, en­dop­laz­ma­tik şə­bə­kə.

  2. Xü­su­si əhə­miy­yət­li or­qa­noid­lər. Yalnız xü­su­si qrup hü­cey­rələrdə və ya­xud simplastlarda rast gə­li­nir. Bun­la­ra aşağıdakılar aid­dir: ney­rofibrillər - si­nir hü­cey­rə­lə­ri olan ney­ron­lar­da, mio­fib­ril­lər-sim­plastik qu­ru­luş­lu əzə­lə lif­lə­rin­də.

Hüceyrənin orqanoidləri

En­dop­laz­ma­tik şə­bə­kə:

Hüceyrənin xarici membranə daxilə çəkilərək dəfələrlə şaxələnir və endoplazmatik şəbəkəni əmələ gətirir. Onun qu­ru­lu­şu plaz­ma­tik mem­branın qu­ru­lu­şu­na ox­şar­ kanal və boşluqlardan təşkil olunmuşdur. Plaz­ma­tik mem­branın da­va­mı ol­duq­da hü­cey­rə sət­hi­ni xa­ri­ci mü­hit­lə əlaqə­lən­məsi da­ha da yax­şı­la­şır. Ka­nal­la­rın dia­met­ri 0,02-0,04 mkm olur. Elektron mikroskopunda en­dop­laz­ma­tik şə­bə­kənin İki tip ayırd edi­lir: 1.Də­nəvər en­dop­laz­ma­tik şə­bə­kə, 2.Ha­mar en­dop­laz­ma­tik şə­bə­kə.

Də­nə­vər en­dop­laz­ma­tik şə­bə­kə­də zü­lal­la­rın sin­te­zi pro­se­si, ha­mar en­dop­laz­ma­tik şə­bə­kə­də isə yağ­la­rın və kar­bo­hid­rat­la­rın sin­te­zi ge­dir. Dənəvər endoplazmatik şəbəkənin kanal və boşluqlarında xırda cisimciklər – ribosomlar yerləşir Dənəvər endoplazmatik membrana kələkötürlük də verən elə ribosomlardır. Məhz həmin ribosomlarda da zülalların sintezi gedir. En­dop­laz­ma­tik şə­bə­kə hü­cey­rə­da­xi­li nəq­liy­yat şə­bə­kə­si­dir, be­lə ki, on­da sin­tez olu­nan mad­də­lər ka­nal­lar­la si­top­laz­ma­da bir yer­dən baş­qa ye­rə nəql olu­nur. Bu­nun­la ya­na­şı ola­raq en­dop­laz­ma­tik şə­bə­kə­nin membranında bir çox fer­ment­lər var ki, on­lar da həm hü­cey­rə­da­xi­li, həm də hü­cey­rə­lər ara­sı mü­badilə sis­te­min­də iş­ti­rak edir­lər.

Hol­ci kompleksi:

Bu orqanoid ilk dəfə olaraq İtaliya alimi Holci 1898-ci ildə sinir hüceyrələrində ayırd etmişdir. Holci kompleksi bütün heyvan və bitki hüceyrələrində olur. Qu­ru­luş­ca en­dop­laz­ma­tik şə­bə­kə­yə oxşar­dır. Müx­tə­lif for­ma­da rast gə­li­nir. O, sinir hüceyrələrində mürəkkəb tor şəklində, bitki və ibtidai orqşanizmlərin hüceyrələrində isə oraqvarı və ya çubuqvarı formada olur. Holci kompleksi üç tərkib hissəsindən ibarətdir: 1. membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar; 2. boşluqlardan çıxan mürəkkəb borucuqlar; 3. borucuqların uclarında yerləşən iri və xırda qovuqcuqlar. Hol­ci apa­ra­tı­nın əsas və­zi­fə­si özün­də bir çox mad­də­lə­ri top­la­maq və hü­cey­rə­dən kə­nar et­mək­dir. On­da zü­lal­lar, kar­bo­hid­rat­lar, hor­mon­lar, fermentlər top­la­nır.Ey­ni za­man­da hü­cey­rə üçün zə­rər­li mad­də­lər də ora­da top­la­nır və son­ra isə hü­cey­rə­lər­dən kə­nar olu­nur. Holci kompleksində sintez olunan yağların və karbohidratların hesabına hüceyrə membranı təzələnir və böyüyür.

Mitoxondrilər:

Heyvan və bitki hüceyrələrinin əksəriyyətin7də mitoxondrilər (yun. «mitos» - sap, tel, «xondrion» - dən, dənəvər) vardır. Onlar mikroskopik ölçüdə olub, diametri 0,2-1mkm-ə qədərdir. Elektron mikroskopu ilə müəyyən olunmuşdur ki, mitoxondrilər iki qat membranla əhatə olunmuşdur: xarici və daxili qat. Xarici qat hamardır. Da­xil­də­ki membrandan mi­toxondrinin içə­ri sət­hi­nə doğ­ru onun uzu­nu­na oxu­na qar­şı kön­də­lən çı­xın­tı­lar - kristlər (lat. «krista» - pipik, çıxıntı) ge­dir. Kristlərin ara­sın­da­kı boş­luq­lar isə mito­xon­dri mat­rik­si ad­la­nan bircinsli möh­kəm mad­də ilə do­lub. Hü­cey­rənin ak­tiv­li­yi yük­sək olar­sa, on­da kristləri də çox olur. Məs: ürək əzə­lə lif­lə­rin­də­ki mitoxondrilərin sa­yı qur­şaq əzə­lə liflə­rin­də­kindən də­fə­lər­lə çox­dur. Mitoxondrilərin kristlərində çox­lu miq­darda fermentlər olur ki, on­lar da bir-bi­ri­lə müəy­yən mə­safədə yer­lə­şir­lər. Mito­xondridə qi­da mad­də­lə­rin­də­ki ener­ci­nin çev­ril­mə­si baş ve­rir. Hə­min ener­ci­dən də hü­cey­rə is­ti­fa­də edir. Ener­ci­nin be­lə for­ma­la­rın­dan bi­ri ATF-də­ki fos­fat əla­qə­sin­də­ki ener­ci­dir. Mitoxondrini hü­cey­rə­nin ener­ci mən­bə­yi və ya­xud uni­ver­sal ener­ge­tik stan­si­ya­sı ad­lan­dı­rır­lar. Ye­ni mitoxondrilərin əmə­lə gəl­­mə­si isə hü­cey­rə­də­ki mitoxondrilərin bö­lün­mə­si he­sa­bı­na olur.

Li­zo­som­lar:

Lizosomlar (yun. «lizis» - həll edirəm, «soma» - bədən) kiçik ovalşəkilli olub bir qat membranla əhatə olunmuşdur, dia­met­ri isə 0,2-0,8 mkm ara­sın­da də­yi­şir. O, 1955-ci ildə siçovulun qaraciyər hüceyrələrində tapılmışdır. Lizosomlara bütün bitki, heyvan və göbələk hüceyrələrində rast gəlinir. Lizosomlarda zülalları, nuklein turşularını, polisakxaridləri, lipidləri və s. Maddələri parçalaya bilən 30-dan çox ferment vardır. Ona dü­şən bü­tün mad­də­lə­ri həll et­mək qa­bi­liy­yə­ti ol­du­ğun­dan onu hü­cey­rə­nin ‘’həzm sistemi’’ də ad­lan­dı­rır­lar. Li­zo­som­lar mad­də­lər mü­ba­di­lə­si nə­ti­cə­sin­də hü­cey­rə­nin öl­müş his­sə­si­nin hü­cey­rə­dən kə­nar edil­mə­sin­də də iş­ti­rak edir­lər. Hü­cey­rə­də ye­ni li­zo­som­la­rın əmə­lə gəl­mə­si be­lə ge­dir. Li­zo­som­lar­da olan fermentlər ri­bo­som­lar­da sin­tez olun­duq­dan son­ra hü­cey­rə­nin en­dop­laz­ma­tik şə­bə­kə­si va­si­tə­si­lə Hol­ci apa­ra­tı­na gə­ti­ri­lir. Bu­ra­da li­zo­som­lar for­ma­laş­dıq­dan son­ra si­top­laz­ma­ya dü­şür. Uşaq və elə­cə də ca­van orqanizm­lərdə li­zo­som­lar ak­tiv­lik də­rə­cə­si­nə gö­rə bir-bi­rin­dən fərq­lə­nirlər. Məs: ley­ko­sit­lə­rin si­top­laz­ma­sın­da li­zo­som­lar çox və ak­tiv ol­du­ğun­dan or­qa­niz­mə dü­şən xəstəliktörədənləri (bak­te­ri­ya­la­rı və vi­rus­la­rı ) tez bir za­man­da öl­dü­rür­lər.

Ri­bo­som­lar:

O, baş­lı­ca ola­raq en­dop­laz­ma­tik şə­bə­kə mem­branı üzə­rin­də ya tək-tək, ya də qrup ha­lın­da otu­rur. La­kin si­top­laz­ma­da sər­bəst olan­lar­da da rast gə­li­nir. Ri­bo­som­la­rın dia­met­ri 15-20 nm ol­maq­la dai­rə­vi for­ma­da­dır. On­da bir-bi­ri­nə bə­ra­bər ol­ma­yan ki­çik və bö­yük his­sə­lər ayırd edi­lir. Bö­yük və ki­çik his­sə­lə­rin bir­ləş­di­yi yer ri­bo­som­la­rın funksional mər­kə­zi (RFM) ad­la­nır ki, ora­da da zü­lal­la­rın sin­te­zi ge­dir. Hü­cey­rə­də ri­bo­som­la­rın sa­yı bir ne­çə min ədəd olur. Ri­bo­som­la­rın tər­ki­bi ri­bo­som RNT- dən və zü­lal­lar­dan iba­rət­dir, xa­ric­dən membran ilə ör­tü­lü de­yil. Po­li­som­lar iki və da­ha çox­lu ri­bo­so­mun bir­lik­də ol­ma­sı­dır. Bun­lar zü­lal­la­rın sin­te­zin­də birgə iş­ti­rak edir­lər.

Hü­cey­rə­də ye­ni ri­bo­som­la­rın əmə­lə gəl­mə­si nü­və­də, da­ha doğ­ru­su nü­və­cik­də ge­dir, son­ra isə ora­dan si­top­laz­ma­ya keçir.

Hü­cey­rə mər­kə­zi:

Heyvan və bitki hüceyrələrində olur. Lakin çiçəkli bitkilər, ibtidai göbələklər və ibtidai heyvanlar müstəsnalıq təşkil edir. Hey­va­ni mən­şə­li hü­cey­rə­lər­də nü­vənin ya­xın­lı­ğın­da yer­lə­şir. Onun əsa­sı­nı iki ki­çik silindrik for­­malı, uzun­lu­ğu 1 mkm olan, sentriollar təş­kil edir. Bu sen­triollar hü­cey­rə­nin ço­xal­ma­sın­da, bö­lün­mə iyi­nin əmə­lə gəl­mə­sin­də iş­ti­rak et­mək­lə mü­hüm rol oy­na­yır­lar.

Nü­və:

Nüvəni ilk dəfə ingilis botaniki Robert Braun kəşf etmişdir. Hü­cey­rə­nin əsas tər­kib his­sə­lə­rin­dən bi­ri­dir. İn­san or­qa­niz­min­də nü­və yetkin erit­ro­sitlərdə və trom­bo­sit hü­cey­rə­lə­rin­də ol­mur. Bakteriya və göy-yaşıl yosunlarda formalaşmış nüvə olmur. Ək­sər hal­lar­da hü­cey­rə­də bir nü­və olur, an­caq iki və çox­nü­və­li olan­la­rı da var. Məs: qa­ra­ci­yər,sü­mük ili­yi, hücey­rə­ləri və eni­nə zo­laq­lı əzə­lə li­fləri çoxnüvəli olurlar. Nü­və­nin for­ma və öl­çü­sü hü­cey­rə­nin for­ma və öl­çü­sü ilə kor­rel­ya­tiv əla­qə­də olur.

Nü­və xa­ric­dən hər bi­ri­nin qa­lın­lı­ğı 0,007-0,008 mkm olan iki membranla ör­tü­lü olur. Nü­və mem­branında onun da­xi­li mü­hi­ti ilə si­top­laz­ma ara­sın­da əla­qə ya­ra­dan mə­sa­mə­lər var. Nü­və­nin da­xi­li nü­və şi­rə­si ilə do­lu­dur ki, o da ka­riop­laz­ma ad­la­nır. Ka­riop­laz­ma­nın içə­ri­sin­də bir və ya­xud bir ne­çə girdə ci­sim­cik ayırd edi­lir. Bun­lar nü­və­cik­lər­dir, öl­çüləri 1-10 mkm ara­sın­da də­yi­şir. Nü­və­cik­də RNT və ribo­somun bö­yük his­sə­si sin­tez olu­nur. Nü­və şi­rə­sin­də xro­mo­som­lar yer­ləşir. İn­san xro­mo­so­mu­nun öl­çü­sü 2-10 mkm-ə sa­yı isə 46-ya bə­rabərdir. Nü­və­nin tər­ki­bin­də DNT, RNT, zü­lal­lar, az miq­dar­da fos­fo­li­pidlər, po­li­sa­xa­ridlər, hor­monlar və nat­rium, kal­sium və s. ionları olur. İr­siy­yə­tin da­şı­yı­cı­sı olan gen­lər xro­mo­som­lar­da olur.

Nüvəcik:

Nüvəcik ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcikdir. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi zülallardan, RNT-dən, ribosomlardan, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəcikdə ribosom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.

Hüceyrənin kimyəvi tərkibi

Hüceyrənin qeyri-üzvi tərkibi:

Orqanoidləri öyrəndik. Bu orqanoidlərin hər biri kimyəvi birləşmələrdən ibarətdir. Bu birləşmələr qeyri-üzvi və üzvi maddələrə ayrılır.

Hüceyrənin tərkibində minlərlə kimyəvi birləşmələr vardır ki, bunlar da kimyəvi elementlərdən ibarətdir. Müəyyən olunmuşdur ki, Mendeleyev cədvəlində olan 110 elementin təxminən 60-ı canlı hüceyrələrin tərkibinə daxildir. Hüceyrənin tərkibinə daxil olan kimyəvi elementləri 3 qrupa bölmək olar: 1. birinci qrupa daxil olan elementlərin miqdarı çox olduğuna görə onları makroelementlər adlandırırlar. Bunlar yaş kütlənin 98%-ni təşkil edir. Bu elementlər C,H,O və N elementləridir. 1. ikinci qrup elementlərə P,S,K,Cl, Ca, Mg, Na,Fe aiddir. Bunlar hüceyrə kütləsinin 1,9%-ni təşkil edir. 3. üçüncü qrup elementlər 0,01%-dən az hissəni təşkil edir və mikroelementlər adlanırlar.

Hüceyrənin qeyri-üzvi maddələrinə su və mineral maddələr daxildir. Su hüceyrə kütləsinin 80%-ni təşkil edir. İnsakn rüşeymində suyun miqdarı 95% təşkil edir. Suyun miqdarının bu qədər çox olması onun çox vacib bir birləşmə olmasından irəli gəlir. Bunlar aşağıdakılardır: Su hüceyrənin fiziki və kimyəvi xassələrini müəyyən edir, hüceyrənin həcmi və elastikliyi sudan asılıdır. Su yaxşı həlledicidir. Bir çox maddələr suda həll olduqdan sonra hüceyrəyə daxil olur. Lazım ollmayan maddələr də hüceyrədən suda həll olmuş halda hüceyrədən xaric olunur.

Hüceyrədə sudan başqa həmçitnin mineral duzlar da vardır. Ən vacib mineral duzların kationları K+, Na+, Ca+, Mg+, anionlarına isə H2PO4-, HPO4-, Cl- və HCO3- anionları aiddir. Dəmir ionu qanda hemoqlobinin, maqnezium xlorofilin, fosfor DNT və RNT-nin, mis oksidləşdirici fermentlərin və mədəaltı vəzinin hormonlarının tərkibinə daxildir.

Bu kation və anionlar hüceyrənin daxili mühitinin daim sabit saxlanmasını təmin edir ki, hüceyrənin tamlığı məhz onun daxili maye mühitinin sabit saxlanması ilə əlaqədardır.

Hüceyrənin üzvi tərkibi:

Zü­lal­lar:

Hüceyrənin tərkibinə zülallar, lipidlər, karbohidratlar, nuklein turşuları (DNT və RNT-lər) və adenozintrifosfat turşusu (ATF) daxildir ki, bunların da arasında həm miqdarca, həm də funksiyaca ən vacibi zülallardır.

Zü­lal­lar po­li­mer­lərdir. Onların mo­no­me­rləri isə amin tur­şu­la­rı­dır. Zü­lal­la­rı təs­nif et­mək üçün va­hid bir amil yox­dur. La­kin on­la­r hid­ro­li­zi­nə uy­ğun ola­raq 2 qru­pa ay­rı­lır: sa­də və mü­rək­kəb zü­lal­lar. Sa­də zü­lal­lar o zü­lal­lar­dır ki, onun tər­ki­bi an­caq amin tur­şu­la­rın­dan iba­rət­dir. Mu­rək­kəb zü­la­lın tər­ki­bin­də isə amin tur­şu­la­rı ilə ya­na­şı pros­te­tik qrup da olur. Məs: he­moq­lo­bin, he­min onun də­mir bir­ləş­mə­si, qlo­bin isə zü­la­li his­sə­si­dir və ya mioq­lo­bin. Bun­dan baş­qa sa­də zü­lal­la­rın ma­le­kul küt­lə­si mü­rək­kəb zü­lal­la­rın molekul küt­lə­sin­dən çox az­dır.

Uşaq or­qa­niz­min­də əsas «inşaat» ma­te­ria­lı zü­lal­lar­dır. Hər şey­dən əv­vəl zü­lal­la­rın sin­te­zi hü­cey­rə­nin bö­lü­nüb ço­xal­ma­sı­nın əsa­sı­nı təş­kil edir ki, o da bö­yü­mə­yə sə­bəb olur.

Zülallar hüceyrədə çox mühüm funksiyalar yerinə yetirir. Bunlar aşağıdakılardır: 1. inşaat funksiyası 2. katalitik funksiya 3. siqnal funksiyası 4. hərəkət funksiyası 5. nəqliyyat funksiyası 6. müdafiə funksiyası 7. energetik funksiya 8. tənzimləyici funksiya

Zülalların hüceyrədə yerinə yetirdiyi funksiyalardan aydın olur ki, zülalsız həyat yoxdur.

Lipidlər:

Lipidlər hüceyrənin mühüm tərkib hissələrindən biridir. Bitki və heyvan hüceyrələrində yağların miqdarı quru kütlənin 5-15%-ni təşkitl edir. Məməli heyvanların smüdündə, o cümlədən, balinalarda yağın miqdarı 50% təşkil edir. Piy toxumalarının hüceyrələrində 90%-ə qədər yağ olur. Lipidlərə lesitin, xolesterin, A və D vitaminləri, cinsiyyət hormonları aiddir.

Bunların arasında yağların bioloci rolu daha böyükdür. Hüceyrədə yağlar aşağıdakı əsas funksiyaları yerinə yetirirlər: 1. enerci mənbəyidir. Be­lə­ ki, 1 q yağ par­ça­lan­dıq­da alı­nan ener­ci­nin miq­da­rı 1-q zü­lal­la­rın par­ça­lan­ma­sın­dan alı­nan ener­ci­dən iki də­fədən də çox olur. 2. ehtiya halında toplanır və həyat fəaliyyətinin müxtəlif dövrlərində sərf olunur 3. ehtiyat su mənbəyi kimi də böyük əhəmiyyətə malikdir 4. istiliyin tənzim olunmasında böyük rol oynayır ki, bu da mühitə uyğunlaşmada mühüm rol oynayır.

Kar­bo­hid­rat­lar­:

Hü­cey­rə­də­ki əsas üz­vi mad­də­lər­dən bi­ri də bu mad­də olub kar­bon, hid­ro­gen və ok­si­gen­dən təş­kil olu­nub. Sa­də kim­yə­vi for­mu­lu C6H12O6 kimidir. Bütün hüceyrələrdə olur. Bitki hüceyrələrində onların miqdarı çox, heyvan hüceyrələrində isə bir qədər azdır. Bitkilərin yarpaqlarında, meyvələrində, dəndə, kartof yumrularında karbohidratların miqdarı 70%, heyvan hüceyrələrində 1%-ə qədər, qaraciyər və əzələlərdə isə 5%-ə qədər olur.

Karbohidratlar hüceyrədə aşağıdakı funksiyaları yerinə yetirir: 1. enerci mənbəyidir, 2. inşaat rolunu oynayır, 3. dayaq funksiyasını yerinə yetirir, 4. karbohidratlar həmçinin bitki hormonlarının tərkibinə daxildir.

Nuklein turşuları– DNT və RNT

DNT (dezoksiribonuklein turşusu):

Nuklein turşularını ilk dəfə İsveç alimi Mişer ölmüş leykositlərin nüvəsində tapmışdır ( lat.»nukleus» nüvə ). Nuklein turşularının iki tipi vardır: 1. dezoksi ribonuklein turşusu (DNT) və 2. ribonuklein turşusu (RNT).

Onların hüceyrədə rolu çox böyükdür. Çünki nuklein turşuları orqanizmlərin irsi xassələrinin, əlamətlərinin saxlanmasında, nəslə verilməsində və zülalların sintezində xüsusi rol oynayır. Ona görə də nuklein turşularını «irsiyyət maddələri» adlandırırlar. Nuklein turşularının hesabına yeni əmələ gəlmiş hüceyrədə zülalların tərkibi olduğu kimi sabit qalır.

Nuklein turşuları ir­si mə­lu­mat­la­rın mü­ha­fi­zə­çisi olub bi­ri di­gə­ri­nə sa­rıl­mış iki tel­dən iba­rət­dir. DNT-nin uzun­luğu yüz min­lər­lə na­no­met­rə çat­dı­ğı hal­da, eni 2 nm-ə bə­rabərdir. Mo­le­kul küt­lə­si də çox bö­yük­dür(yüz mil­yo­nlara ça­tır). DNT zən­cir­lə­ri – spi­ral­la­rı üzə­rin­də çox­lu nuk­leo­tid yer­ləş­di­yin­dən po­li­mer­dir. Hər bir nuk­leo­tid 3 tərkib hissədən – azot­lu əsas­dan, kar­bohidratdan və fos­fat tur­şu­sun­dan təş­kil olu­nub. Can­lı­la­rın, o cüm­lə­dən uşaq or­qa­niz­min­in DNT-sin­də 4 növ nuk­leo­tid olur. Bun­lar azot­lu əsa­sa gö­rə bir-bi­rin­dən fərqlənirlər. Bir qay­da ola­raq azot­lu əsas­lar ad­la­rı­nın baş hər­fi ilə ad­la­nır­lar. Məs: ade­nin – A, qua­nin – Q, ti­min – T, si­to­zin – S. Öl­çü­cə A və Q, S-lə T-dan nis­bə­tən iri­dir. Nuk­leo­tid­lər spi­ral­lar üzə­rin­də həm ver­ti­kal, həm də qar­şı-qar­şı­ya əla­qə­li olur­lar. Qar­şı-qar­şı­ya əla­qə hid­rogen ra­bi­tə­si he­sa­bı­na, yə’ni A-T ara­sın­da 2, S-lə Q ara­sında 3 hid­ro­gen ra­bi­tə­si möv­cud­dur. Bu qanunauy­ğunluq heç vaxt po­zul­mur. DNT mo­le­ku­lun­da nuk­leo­tid­lə­rin öz ara­la­rın­da şa­qu­li bir­ləş­mə­si isə ko­va­lent ra­bi­tə he­sa­bı­na, yə’ni bir nuk­leotidin kar­bo­hid­ra­tı qon­şu nuk­leo­ti­din fos­fat tur­şu­su qa­lı­ğı ilə birləşir. DNT nü­və­də xro­mo­som­la­rın tər­ki­bi­nə da­xil­dir və zü­lal­lar­la bir­ləş­miş hal­da olur. DNT-yə nü­və­dən baş­qa mitoxondri və xloroplastlarda da rast gə­li­nir.

RNT (ri­bo­nuk­lein tur­şu­su).

DNT-dən fərqli ola­raq tək­qat­lı po­li­nuk­leo­tid­dir, öl­çü­cə kiçikdir. Zən­ci­rin üzə­rin­də ti­min azot­lu əsa­sın əvə­zi­nə qu­ru­luş­ca ona ya­xın olan ura­sil (U) yer­lə­şir. An­caq ox­şar cə­hət­lə­ri də var ki, o da 4 tip nuk­leo­tid­lər­dən və po­li­nuk­leo­tid zən­ci­rin­dən iba­rət ol­ma­sı­dır. Ey­ni bir hü­cey­rə­də 3 növ RNT-yə rast gə­li­nir.

Ri­bo­som RNT-si (rRNT). Əsa­sən nü­və­nin nü­və­ci­yin­də əmə­lə gə­lir, son­ra isə si­top­laz­ma­ya ke­çə­rək ri­bo­som­la­rın for­ma­laş­ma­sın­da iş­ti­rak edir. Mo­le­kul küt­lə­cə RNT-lərdən ən bö­yüyüdür.

Mə’lumat RNT-si (mRNT). Bu RNT nü­və­də DNT-nin üzərində əmə­lə gə­lir. DNT-nin üzə­rin­də olan zü­lal st­ruk­tu­ru­nun uy­ğun nüs­xə­si­ni öz üzə­ri­nə kö­çü­rür və sin­tez olu­na­caq zü­la­lın tək­qat­lı mo­de­li ol­maq­la hə­min mə­lu­ma­tı si­top­laz­ma­ya ke­çi­rir. Ora­da isə ri­bo­som onun üzə­ri­nə ke­çir. Öl­çü­cə ri­bo­som RNT-si ilə nəq­liy­yat RNT-si ara­sın­da­dır, an­caq ikin­ci­dən 10 də­fə bö­yük­dür.

Nəq­liy­yat RNT-si (nRNT). Ən ki­çik RNT-dir. Əsas və­zi­fə­si si­top­laz­ma­da­kı uy­ğun amin tur­şu­su­nu spe­si­fik fer­men­tin kö­mək­li­yi ilə özü­nə bir­ləş­di­rir, zü­lal­la­rın sin­tez olun­du­ğu ri­bo­so­mun funksional mər­kə­zi­nə da­şı­yır.



Похожие документы:

  1. MÖvzu: Azərbaycan Respublikasında sığorta işinin təşkili və onun təkmilləşdirilməsi

    Документ
    ... haqqında» Azərbaycan Respublikasının Qanunu; «Məhkəmə və hüquq ... Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidentinin fərmanları, sərəncamları və Azərbaycan Respublikasının Nazirl ... ortası sistemi ittifaq-respublika əhəmiyyətli ...
  2. Fəaliyyətinin yaxşılaşdırılması haqqında

    Документ
    ... Nazirliyi Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZ ... etsin. 3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb kitabxanalarının mad­di-texniki bazasının möhkəml ...
  3. Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту

    Документ
    ... dövlətlərin mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti cənab ... əsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı /18 ...
  4. Sanitar feldşer ixtisası üzrə test suallarının nümunələri

    Документ
    ... Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası ... ? A) 80 hs B) 90 hs C) 70 hs D) 60 hs E) 50 hs Ədəbiyyat: A.A. ... kompleks planı harada təsdiq olunur ? A) Respublika GEM-də B) Səhiyyə Nazirliyində C) Şəhər ...
  5. Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu

    Документ
    ... ndə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda E) Həftədə 1 dəfə Ədəbiyyat ... olur? A) 75 hs B) 5 hs C) 15 hs D) 50 hs E) 120 hs Ədəbiyyat: И.В. Лукомский ... olunan sınıqlar zamanı repozisiyanın vaxtı hansıdır? ... Respublika Fövqəladə Hallar Nazirliyi ...

Другие похожие документы..