Поиск

Полнотекстовый поиск:
Где искать:
везде
только в названии
только в тексте
Выводить:
описание
слова в тексте
только заголовок

Рекомендуем ознакомиться

'Документ'
Ректальные лекарственные формы. характеристика. технологическая схема производства в аптечных и промышленных условиях. номенклатура План: Характеристи...полностью>>
'Документ'
ООО «Аквамарин», именуемое в дальнейшем «Исполнитель», в лице генерального директора Рванцева Антона Геннадьевича, действующий на основании Устава с о...полностью>>
'Документ'
Формировать дружеские взаимоотношения в игре, взаимодействие между теми, кто выбрал определённые роли (бармена, кассира, капитана, штурмана, пассажиро...полностью>>
'Исследовательская работа'
Эта работа посвящена истории открытия радиоактивности, то есть роли таких ученых, как немецкий физик, лауреат Нобелевской премии Вильгельм Конрад Рент...полностью>>

Главная > Документ

Сохрани ссылку в одной из сетей:
Информация о документе
Дата добавления:
Размер:
Доступные форматы для скачивания:

Stomatologiya ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir

15.08.2014-cü il tarixində əlavə edilmişdir

Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri

1) Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?

A) Daimi

B) Ağıl dişləri

C) Süd

D) Süd və daimi

E) Köpək dişləri

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

2) Daimi dişlərin sistem hipoplaziyasının baş verməsinin səbəbi nədir?

A) İçməli suyun tərkibində mikroelementlərin olmaması

B) İçməli suyun tərkibində flüorun miqdarının çox olması

C) İçməli suyun tərkibində flüorun miqdarının az olması

D) Radiasiyanın təsiri

E) Anadan olduqdan sonra uşağın keçirdiyi xəstəliklər

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

3) Hetçinson, Furnye və Pflyüger dişlərinə hansı hallarda təsadüf olunur?

A) Sistem hipoplaziyada

B) Endemik flüorozda

C) Endemik ur xəstəliyində

D) İçməli suyun tərkibində mikroelementlərin olmaması zamanı

E) Yerli hipoplaziyada

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

4) Hetçinson, Furnye və Pflyüger dişlərində patoloji proses hansı nahiyəni əhatə edir?

A) Sementi və dentini

B) Mina və dentini

C) Minanı

D) Dentini

E) Sementi

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

5) Hansı yaşda uşaqlarda tetrasklin sırasından olan preparatlar təyin etmək məsləhət deyil?

A) 1 yaşdan - 2 yaşadək

B) 1 yaşdan - 6 yaşadək

C) 6 yaşdan - 12 yaşadək

D) 6 aydan - 1 yaşadək

E) 6 aydan - 12 yaşadək

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

6) Flüoroz zamanı baş verən patoloji dəyişikliklər hansı hüceyrələrin funksional dəyişikliyi nəticəsində yaranır?

A) Epitel hüceyrələrinin

B) Sementoblastların

C) Osteoklastların

D) Ameloblastların

E) Osteoblastların

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

7) Flüorozda dişlərin zədələnməsi hansı qrup xəstəliklərə aid edilir?

A) Peşə xəstəliklərinə

B) Genetik xəstəliklərə

C) Virus xəstəliklərinə

D) İnfeksion xəstəliklərə

E) Sistem xəstəliklərinə

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

8) Flüorozun diferensial diaqnostikası üçün əlavə hansı müayinə üsulu istifadə olunur?

A) Sitoloji metod

B) Vital rəngləmə

C) Rentgenoloji müayinə

D) Stomatoskopiya

E) Dişin EOD

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

9) Flüorozun profilaktikası hansı yaşadək aparılır?

A) 8 - 10

B) 20 - 25

C) 18 - 20

D) 25 -30

E) 5 - 6

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

10) Dişin sərt toxumalarının oval formalı zədələnməsi hansı xəstəlik üçün xarakterikdir?

A) Minanın eroziyası

B) Mərmər xəstəliyi

C) Flüoroz

D) Pazvari qüsur

E) Hipoplaziya

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

11) Dişin sərt toxumalarının erroziyası hansı toxumaları zədələyir?

A) Dentini

B) Sementi

C) Sement və dentini

D) Minanı

E) Mina və dentini

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

12) Patoloji sürtülmə zamanı qüsur dişin hansı səthində yerləşir?

A) Aproksimal

B) Vestibulyar və kəsici

C) Kəsici və çeynəmə

D) Vestibulyar və çeynəmə

E) Çeynəmə və dil

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

13) Pazvari qüsurun klinik simptomu hansıdır?

A) Dişin formasının dəyişməsi

B) Diş ətinə yaxın sahədə əmələ gəlmiş şırım şəkilli qüsurun olması

C) Dişin kəsici kənarının və qabarcıqlarının qüsuru

D) Dişlərin vestibulyar səthində oval şəkilli qüsurun əmələ gəlməsi

E) Dişin boyun nahiyəsində pazvari qüsurun olması

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

14) Kökü formalaşmamış dişlərin sınığı baş verdikdə hansı əməliyyat həyata keçirilir?

A) Devital amputasiya

B) Devital ekstripasiya

C) Vital ekstripasiya

D) Diş çəkilir

E) Vital amputasiya

Ədəbiyyat: Боровский E.B,Терапевтическая стоматология, 2004

15) Süd dişlərinin sancılmış sınığı zamanı hansı əməliyyat məqbul sayılır?

A) Şinalama

B) Dişin çəkilməsi

C) Replantasiya

D) EOD ilə kontrol

E) Depulpasiya

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

16) Dişin sərt toxumalarının patologiyalarından hansı onların inkişafı dövründə baş verir?

A) Pazvari qüsur

B) Dişlərin patoloji sürtülməsi

C) Turşuların təsirindən baş verən nekroz

D) Minanın hipoplaziya və hiperplaziyisı, dişlərin flüorozu

E) Dişlərin erroziyası

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

17) Dişlərin çıxmasından sonra hansı qeyri-karioz xəstəliyə daha tez-tez rast gəlinir?

A) Travma, dişlərin eroziyası, pazvari qüsur

B) Dişlərin flüorozu

C) Minanın hipoplaziyası

D) Hiperplaziya

E) Dişlərin irsi patologiyaları

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

18) Hipoplaziyanı törədən səbəblər hansıdır?

A) Naməlum səbəblər

B) İçməli suyun tərkibindəki flüorun miqdarının az olması

C) Erkən uşaq yaşlarında baş verən və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunan xəstəliklər

D) Ekoloji faktorlar

E) Radiasiya

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

19) Hipoplaziyaya xas olan şikayətlər hansıdır?

A) Gecə ağrılarının olması

B) Dişin rənginin və formasının dəyişməsi

C) Minanın yeyilməsi

D) Şikayətlərin olmaması

E) Həssaslığın artması

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

20) Klinik əlamətlərinə görə hipoplaziyaya oxşar xəstəlik hansıdır?

A) “Tetrasiklin” dişləri

B) Patoloji sürtülmə

C) Karies

D) Dişlərin inkişafının irsi patologiyaları

E) Hiperplaziya

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

21) Dişlərin flüorozunun əmələ gəlmə səbəbi?

A) Natamam osteogenez

B) Səbəbi məlum deyil

C) İçməli suda flüorun miqdarının 1mq/l-dən çox olması

D) Flüor tərkibli preparatlardan həddən çox istifadə etmək

E) Erkən və uşaq yaşlarda orqanizmdə maddələr mübadiləsinin pozulması

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

22) Flüorozun xarakterik klinik forması hansıdır?

A) Ştrixli

B) Destruktiv

C) Ləkəli

D) Çilli-təbaşir

E) Şırımlı

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

23) Flüorozun tipik lokalizasiya zonaları hansıdır?

A) Bütün dişlərin vestibulyar səthinin minası

B) Fissurlar və təbii çökəkliklər

C) Dişlərin boynu

D) Kəsici və köpək dişlərinin vestibulyar səthi

E) Bütün dişlərin sərt toxumaları

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

24) Flüoroz zamanı xarakterik şikayət hansı hesab olunur?

A) Dişlərin laxlaması

B) Həssaslığın artması

C) Dişlərin rənginin dəyişməsi

D) Minada qüsurların əmələ gəlməsi

E) Dişlərin yeyilməsi

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

25) Flüorozun ləkəli forması hipoplaziyanın anoloji formasından nə ilə fərqlənir?

A) Dişlər hələ çıxmamışdan əmələ gəlir

B) Kariesə xas olmayan lokalizasiyası olur

C) Əsasən daimi dişlər zədələnir

D) Dişlərdə çoxsaylı ləkələr əmələ gəlir

E) İçməli suda flüorun miqdarı çox olan bölgələrdə baş verir

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

26) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?

A) Çoxlu miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi

B) Qalxanvari vəzin disfunksiyası

C) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması

D) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının pozulması

E) Mexaniki təsirlər

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

27) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtülməsi üçün xarakterik deyil?

A) Estetik çatışmazlıq

B) Gicgah - çənə oynağında ağrılar

C) Öz-özünə baş verən gecə ağrıları

D) Hiperesteziya

E) Dişlərin hündürlüyünün azalması

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Dişlərin kariesi

28) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter daşıyır?

A) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar

B) Kifayət qədər qidalanmamaq

C) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin pozulması

D) Orqanizmdə gedən mübadilə pozğunluğu

E) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının zədələnməsi)

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

29) Hidroksiapatitin kimyəvi formulu necədir?

A) Ca2(PO2)2(OH)2

B) Ca10(PO4)8(OH)2

C) Ca4(PO4)4(OH)2

D) CaHPOH5

E) Ca10(PO4)6(OH)2

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

30) Dişin sərt toxumalarında kalsium-fosfor nisbəti necədir?

A) 1,5

B) 1,67

C) 2,0

D) 1,3

E) 2,1

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

31) Minanın keçiriciliyi nə zaman artır?

A) Flüorozda

B) Pazvari qüsurda

C) Patoloji sürtülmədə

D) Ağ ləkə mərhələsində

E) Hipoplaziyada

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

32) Ağız suyunda pH aşağı düşdükdə hidroksiapatitin həll olması necə olur?

A) Əvvəl artır, sonradan azalır

B) Artır

C) Azalır

D) Dəyişmir

E) Əvvəl azalır, sonradan artır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

33) Kariesin ləkə mərhələsinin diaqnostikası üçün hansı metod daha məqbul hesab olunur?

A) Termodiaqnostika və lüminessent stomatoskopiya

B) Vital rəngləmə və EOD

C) Rentgenoqrafiya və EOD

D) Lüminessent stomatoskopiya və vital rəngləmə

E) Rentgenoqrafiya və termodiaqnostika

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

34) Vital rəngləmə metodu ilə hansı xəstəlik zamanı minanın demineralizasiyası aşkarlanır?

A) Minanın erroziyası

B) Kariesin ağ ləkə mərhələsi

C) Pazvari qüsur

D) Hipoplaziya

E) Kariesin piqmentli ləkə mərhələsi

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

35) Kariesin diaqnostikası məqsədi ilə vital rəngləmə zamanı nədən istifadə edilir?

A) Kalium - yoddan

B) Metilen abısından

C) Eritrozindən

D) Fuksindən

E) Pisarev - Şiller məhlulundan

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

36) Kariesin ləkə mərhələsində minanın mikrobərkliyi necə dəyişir?

A) Artır

B) Azalır

C) Əvvəl azalır, sonradan artır

D) Əvvəl artır, sonradan azalır

E) Dəyişmir

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

37) Кariesin ləkə mərhələsində zədə nahiyəsində kalsiumun miqdarı necə dəyişir?

A) Əvvəl аrtır, sоnrа аzаlır

B) Əvvəl аzalır, sоnrа аrtır

C) Dəyişmir

D) Azalır

E) Artır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

38) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində fosforun miqdarı necə dəyişir?

A) Əvvəl аzаlır, sоnrа аrtır

B) Dəyişmir

C) Əvvəl аrtır, sоnrа аzаlır

D) Azalır

E) Artır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

39) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində flüorun miqdarı necə dəyişir?

A) Artır

B) Əvvəl аrtır, sоnrа аzаlır

C) Dəyişmir

D) Azalır

E) Əvvəl аzаlır, sоnrа аrtır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

40) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində proteinin miqdarı necə dəyişir?

A) Azalır

B) Əvvəl azalır, sonradan artır

C) Dəyişmir

D) Artır

E) Əvvəl artır, sonradan azalır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

41) Kariesin bütün növləri üçün hansı ağrılar xarakterikdir?

A) Gecələr baş verən uzunmüddətli ağrılar

B) Qıcıqlanma aradan qaldırıldıqdan sonra da davam edən ağrılar

C) Qıcıqlandırıcının təsirindən baş verən ağrılar

D) Səbəbsiz baş verən qısamüddətli ağrılar

E) Səbəbsiz baş verən uzun müddətli ağrılar

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004

42) Ortofosfor turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Azaldır

C) Əvvəl artırır, sonradan azaldır

D) Artırır

E) Əvvəl azaldır, sonradan artırır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

43) Natrium-flüorid minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Əvvəl artırır, sonra azaldır

C) Artırır

D) Əvvəl azaldır, sonra artırır

E) Azaldır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

44) Fizioloji məhlul minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Azaldır

C) Artırır

D) Əvvəl azaldır, sonradan artırır

E) Əvvəl artırır, sonradan azaldır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

45) Süd turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Azaldır

B) Əvvəl artırır, sonradan azaldır

C) Artırır

D) Dəyişmir

E) Əvvəl azaldır, sonradan artırır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

46) Kalsium-qlükonat məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Azaldır

B) Dəyişmir

C) Əvvəl artırır, sonradan azaldır

D) Əvvəl azaldır, sonradan artırır

E) Artırır

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

47) Remineralizasiya prossesi minada nəyi təmin edir?

A) Keçiriciliyi

B) Həll olmanı

C) Şəffaflığı

D) Rəngi

E) Mikrobərkliyi

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

48) “Remodent” məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Artırır

B) Azaldır

C) Əvvəl artırır, sonradan azaldır

D) Dəyişmir

E) Əvvəl azaldır, sonradan artırır

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004

49) Remineralizasiyaedici müalicədə demineralizasiya ocağına hansı maddələr daxil olur?

A) Turşular

B) Minerallar

C) Duzlar

D) Qələvilər

E) Üzvi birləşmələr

Ədəbiyyat: БоровскийE.B.,Терапевтическая стоматология, 2004

50) Səthi kariesdə boşluq hansı toxumaları əhatə edir?

A) Mina, dentin və predentini

B) Minanı

C) Mina və dentini

D) Sement və dentini

E) Sement, dentin və predentini

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

51) Orta kariesdə boşluq hansı həddə yerləşir?

A) Mina və dentin

B) Mina, dentin və predentin

C) Sement, dentin və predentin

D) Sement və dentin

E) Mina

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

52) Dərin kariesdə boşluq hansı həddə yerləşir?

A) Mina və dentin

B) Mina

C) Sement, dentin və predentin

D) Mina, dentin və predentin

E) Sement və dentin

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

53) Hansı xəstəliyin profilaktikasında hermetiklər istifadə edilir?

A) Hipoplaziyanın

B) Pazvari qüsurun

C) Patoloji sürtünmənin

D) Kariesin

E) Flüorozun

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

54) Frontal dişlərin restavrasiyası üçün nə istifadə edilir?

A) Fosfat-sement

B) Amalqama

C) Dentin-pasta

D) Mikrohissəcikli kompozitlər

E) Plastmas

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

55) Kompozision materiallarla plomblamadan əvvəl diş minası hansı turşu ilə aşılanır?

A) Nitrat

B) Ortofosfat

C) Xlorid

D) Sulfat

E) Flüorid

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

56) Estetik restavrasiya zamanı plombun rəngi hansı şəraitdə seçilir?

A) Təbii işıqda, diş səthinin quru vəziyyətində

B) Təbii işıqda, diş səthinin yaş vəziyyətində

C) Süni işıqda, diş səthi turşu ilə aşılandıqdan sonra

D) Qaranlıqda, diş səthi qurudulmuş halda

E) Qaranlıqda, diş səthinin yaş vəziyyətində

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

57) Plomblamanın sendviç texnikası üçün hansı materialların qarşılıqlı tandemindən istifadə olunur?

A) Şüşə-ionomer sement və kompozit

B) Fosfat-sement və amalqam

C) Fosfat - sement və kompozit

D) Apeksit və dentin - pasta

E) Apeksit və fosfat - sement

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

58) Blekə görə II sinif karioz boşluqların plomblanması zamanı dişlər arasında hansı tipli təmas yaradılır?

A) Dairə şəkilli təmas

B) Pilləvari təmas

C) Nöqtə şəkilli təmas

D) Xətvari təmas

E) Səth şəkilli təmas

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

59) Sadalanan faktorlardan hansı karioz prosesə qarşı orqanizmin rezistentliyini aşağı salır?

A) İçməli suyun tərkibindəki flüorun kifayət qədər olmaması

B) Qidanın tərkibindəki karbohidratlar

C) Diş çöküntüləri

D) Orqanizmdə mübadilə proseslərinin tənziminin pozulması ilə müşayiət olunan xəstəliklər

E) İçməli suyun tərkibində flüorun normadan artıq olması

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

60) Sadalanan faktorlardan hansılar kariesə qarşı rezistentliyi təmin edir və eyni zamanda aqressiv xarakter daşıyır?

A) Stress

B) Diş ərpi

C) Neyroreflektor, hormonal və humoral tənzimlənmənin pozulması ilə müşayiət olunan ümumi xəstəliklər

D) İçməli suyun tərkibindəki flüorun miqdarı

E) Ağız boşluğunun mikroorqanizmləri

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004



Похожие документы:

  1. Pediatriya ixtisası üzrə nümunəvi test sualları

    Документ
    ... Pediatriya ixtisası üzrə nümunəvi test sualları ... Keysəriyyə kəsiyi Ədəbiyyat: А.И.Воробжов ... zamanı əlavə müayinə metodlarına aid olmayan ... . Məktəbəqədər yaşlı uşaqlarda stomatoloci xəstəliklərin ... morfo-funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki ...
  2. Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu

    Документ
    ... ixtisası üzrə nümunəvi test suallarının toplusu Pediatriya Üzrə Test ... vi B) Vərəm əleyhinə C) Onkoloji D) Endokrinoloji E) Stomatoloji ... dir? A) Sarılıq B) Hepatomeqaliya C) Histoloji dəyişiklikl ... ) Burunun neçə əlavə cibl ... suyu ... neçə mərhələsi qəbul edilmişdir ...
  3. 5 Alt çənə oynağının çıxığında molarlara təzyiq hansı istiqamətdə aparılır?

    Документ
    ... si ixtisası üzrə nümunəvi test suallarının ... ni göndərmək vacibdir? A) Ümumi profilli cərraha B) Stomatoloqa ... sində sümük dəyişikliklərinin olmaması ... dir? A) Kistanın dilaltı və çənəaltı ağız suyu ... rkibinə 5% və ya 30% yodoform əlavə edilmiş material B) Gümüş ...
  4. 2 Xroniki xəstəliklərdən əmək qabiliyyətinin itirilməsi haqqında arayiş nə zaman verilir?

    Документ
    ... ixtisası üzrə nümunəvi test suallar ... stomatoloji ... qəbul edilmişdir? A) ... na E) Əlavə maye itkisinə, əlav ... siyi D) Torakoadominal kəsik E) Çermi kəsiyi ... yişiklikləri düzgün qiymətləndirmək üçün döş qəfəsinin rentqenoqrafiyası hansı vəziyyətdə edilm ...
  5. Sanitar feldşer ixtisası üzrə test suallarının nümunələri

    Документ
    ... ixtisası üzrə test suallarının nümunələri Epidemiologiya 1) Epidemiologiya elmi nəyi ... alıb-almamasına, stomatoloji müdaxilə ... nümunə götürmək üçün suyu neçə ... yişikliklər C) Üzv və sistemlərdə gedən fizioloji dəyişiklikl ... neçə mərhələsi qəbul edilmişdir? ...

Другие похожие документы..