Поиск

Полнотекстовый поиск:
Где искать:
везде
только в названии
только в тексте
Выводить:
описание
слова в тексте
только заголовок

Рекомендуем ознакомиться

'Документ'
Приглашаем Вас принять участие в заседании отраслевой комиссии по бизнес-образованию, которое состоится в конференц-зале Ассоциации Менеджеров 29 октя...полностью>>
'Документ'
- О том, как встретились его бабушки и дедушки. - Что иногда вам тоже сложно. - Что когда вы держите его за руку и сжимаете ее три раза, это секретный...полностью>>
'Анкета'
3.2. Вид страхуемого права: собственности  пожизненного наследуемого владения земельным участком  постоянного (бессрочного) пользования земельным уч...полностью>>
'Документ'
У каждого времени года, даже у каждого месяца есть свои приметы. Так, ноябрь издавна назывался воротами зимы или сумерками года. Ноябрьские осенние пр...полностью>>

Главная > Документ

Сохрани ссылку в одной из сетей:
Информация о документе
Дата добавления:
Размер:
Доступные форматы для скачивания:

Kardiologiya ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir

(31.10.2013 – cü il tarixində əlavə edilib)

1) Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?

A) ağ ciyərlərin perfuziyasının təchizatı

B) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

C) oksigenləşmiş arterial qanın böyük qan dövranına daxil edilməsi

D) ağ ciyərlərin qan dövranının təchizatı

E) ağ ciyərlərin ventilyasiyasının adekvat təminatı

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11

2) Böyük qan dövranının əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?

A) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

B) venoz qanın ürəyin sağ şöbəsinə daxil olmasını təmin etmək

C) bütün daxili orqanların arterial qanla təchiz edilməsi və venoz qanın orqanlardan çıxarılması

D) bütün daxili orqanların arterial qanla təchiz edilməsi

E) venoz qanın bütün orqanlardan çıxarılması

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11

3) Anatomik olaraq normada ürəyin ön səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

A) ancaq sol mədəcikdən

B) sol mədəcik və sol qulaqcıq seyvanından

C) 2/3 hissə sol mədəcik və 1/3 hissə sağ mədəcikdən

D) sağ mədəcik və sağ qulaqcıqdan

E) ancaq sağ mədəcikdən

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12

4) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

1.Sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən

2.Sağ qulaqcığın arxa səthindən

3.Sağ mədəciyin kiçik hissəsindən

4.Sol qulaqcığın böyük hissəsindən

5.Sol mədəciyin böyük hissəsindən

A) 1, 2, 3

B) 1, 2, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1,3 ,5

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12

5) Qulaqcıq və mədəciklər bir - birindən nə ilə ayrılırlar?

A) mitral qapaqlarla

B) atrioventrikulyar qapaqlarla

C) aortal qapaqlarla

D) ağciyər arteriyasının qapaqları ilə

E) trikuspidal qapaqlarla

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12

6) Sağ və sol mədəciklərin çıxacaq hissəsində ağ ciyər arteriyası və aorta yerləşir. Ağciyər arteriyası və aorta qapaqları, müvafiq olaraq, neçə taydan təşkil olunmuşdur?

A) 3 və 3

B) 2 və 3

C) 3 və 2

D) 4 və 3

E) 3 və 4

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13

7) Ürəyin hansı hissəsini endokard nazik (0,6 mm-ə yaxın) birləşdirici toxuma qişası ilə daxildən örtmür?

A) xordaları

B) papillyar əzələləri

C) qalxan aortanın başlanğıc hissəsini

D) qapaqları

E) bütöv ürək boşluğunu

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13

8) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?

A) 5-6 mm

B) 4,5-5,5 mm

C) 2-3 mm

D) 3-4 mm

E) 4-5 mm

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13

9) Epikard hansı toxumalardan təşkil olunmuşdur?

A) Əzələ qatı ilə bitişmiş epitel toxumasından

B) Sinir toxuması ilə bitişmiş birləşdirici toxumadan

C) Epitel toxuması ilə bitişmiş birləşdirici toxumadan

D) Əzələ qatı ilə bitişmiş birləşdirici toxumadan

E) Sinir toxuması ilə bitişmiş əzələ toxumasından

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13

10) Sağlam adamlarda ürəyin sol sərhədi (zirvəsi) nədən təşkil olunub və hara proyeksiya olunur?

A) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm xaricə (tışa) proyeksiya olunur

B) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm içəri proyeksiya olunur

C) sol mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

D) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm icəri dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

11) Sağlam adamlarda ürəyin sağ sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?

A) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sağ mədəcikdən əmələ gəlir , döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

C) sağ mədəcikdən, hissəvi sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

D) sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

E) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

12) Sağlam adamlarda ürəyin yuxarı sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?

A) sol qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sol kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

B) sağ qulaqcıqdan, hissəvi sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sol kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

C) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

D) sağ qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

E) sol qulaqcıqdan, hissəvi sağ qulaqcıq seyvanından əmələ gəlir və döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

13) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?

1.sağ mədəciyi

2. mədəciklərarası çəpərin arxa hissəsini

3.yan, eyni zamanda arxabazal şöbələrini

4.sol mədəcik divarının aşağı diafraqmal və hissəvi, arxabazal şöbələrini

5.ürəyin zirvəsini və sol mədəciyin aşağı diafraqmal şöbəsinin az hissəsini

A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 3, 4, 5

E) 1, 3, 5

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

14) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?

1.sağ mədəciyi

2.mədəciklərarası çəpərin ön hissəsini

3.hissəvi sol mədəciyin aşağı diafraqmal şöbəsini

4.sol mədəciyinön yuxarı,yan şöbələrini

5. ürəyin zirvəsini

A) 1, 2, 4

B) 2, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 3, 4, 5

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

15) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?

1.ürəyin zirvəsini

2.sol mədəciyin yan şöbələrini

3.mədəciklərarası çəpərin ön hissəsini

4.sol mədəciyin ön yuxarı şöbələrini

5.sağ mədəciyin arxa bazal şöbələrini

A) 1, 3, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 4, 5

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14

16) Ürəyin iri venaları qanı haradan toplayırlar?

A) əsasən sol mədəciyin divarından

B) sağ mədəcik və sağ qulaqcıq divarlarından

C) sağ və sol mədəcik divarlarından

D) sol qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

E) sağ qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

17) Koronar sinus ürəyin hansı səthində yerləşir?

A) Bazal

B) Arxa

C) Sol yan

D) Ön

E) Sağ yan

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

18) Qanı sağ mədəcik divarından toplayan ürəyin venaları hara tökülürlər (Vyessen-Tebeziya kiçik venaları istisna olmaqla)?

A) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna

B) koronar sinusun özünə

C) sol qulaqcıq boşluğuna və koronar sinusa

D) sol mədəcik boşluğuna

E) sağ mədəcik boşluğuna

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

19) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülür?

A) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına

B) bilavasitə sağ mədəcik boşluğuna

C) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına

D) bilavasitə sol mədəcik boşluğuna

E) bilavasitə koronar sinusa

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

20) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?

A) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq

B) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

C) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

D) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək

E) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16

21) Ürəyin ayrı-ayrı şöbələrinin yığılıb-boşalması ürəyin hansı funksiyası hesabına ödənilir?

A) ürəyin inоtrop funksiyası və Frank-Starlinq mexanizminin qoşulması birlikdə

B) ürəyin nasos funksiyası

C) ürəyin inоtrop funksiyası

D) ürəyin rezervuar funksiyası

E) ürəyin transport funksiyası

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18

22) Ürəyin işlək əzələ liflərinin ritmiki və sinxron yığılmasını nə təmin edir?

A) sarkoplazmatik şəbəkə

B) ayrıca əzələ lifləri

C) əlavə disklər (neksus)

D) funksional sinsiti

E) spontan ritmiki aktivliyə malik hüceyrələr

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18

23) Hər bir kardiomiositlər nədən təşkil olunmuşdur?

A) çoxlu miqdarda sarkolemmadan

B) çoxlu miqdarda sarkoplazmatik şəbəkədən

C) çoxlu miqdarda əlavə disklərdən (neksus)

D) çoxlu miqdarda bir-birinə keçən miofibril liflərindən

E) spontan ritmikliyə malik sinir hüceyrələrindən

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18

24) Miofibrillərin arasında nə yerləşir?

A) hüceyrə nüvəsi, həmçinin hüceyrədaxili membran sistemi

B) hüceyrə nüvəsi, mitoxondrilər, həmçinin hüceyrədaxili membran sistemi

C) hüceyrə nüvəsi, ribosomlar və sarkolemmalar

D) hüceyrə sitoplazması və mitoxondriyalar, həmçinin hüceyrədaxili membran sistemi

E) hüceyrə nüvəsi, ribosomlar, əlavə disklər (neksus)

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18

25) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?

A) funksional sinsiti ilə

B) əlavə disklərlə (neksus)

C) spontan ritmikliyə malik sinir hüceyrələri ilə

D) sarkoplazmatik şəbəkə ilə

E) sarkomerlərlə

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18

26) Miosıtləri nə əhatə edir?

A) miofibrillər

B) sarkolemma

C) funksional sinsiti

D) mitoxondrilər

E) ribosomlar

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19

27) Miofibrillərin yığılmasının struktur və funksional vahidini nə təşkil edir?

A) ribosomlar

B) sarkolemma

C) mitoxondrilər

D) funksional sinsiti

E) sarkomerlər

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19

28) Bir-birilə sıx əlaqəsi nəticəsində kardiomiositlərin yığılmasının əsasını təşkil edən sarkomerlərin tərkib hlssəsi nədir?

A) nazik saplar (aktin molekulaları)

B) mitoxondrilər və ribosomlar

C) nazik saplar (aktin molekulaları) və qalın saplar (miozin molekulaları)

D) mitoxondrilər və nazik saplar (miozin molekulaları)

E) mitoxondrilər və qalın saplar (miozin molekulaları)

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19

29) Sarkomerlərin qalın lifləri hansı molekulalardan təşkil olunmuşlar?

A) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək miozinin nazik lıflərinə doğru qabarmış uzun aktin mоlekulalarından

B) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək aktinin nazik lıflərinə doğru qabarmış uzun miozin molekulalarından

C) uzun miozin molekulasından və bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

D) iki spiral zənciri formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

E) iki spiral zənciri formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan miozin molekulasından

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19

30) Köndələn körpücüklər (qalın saplar) nədən təşkil olunub və hansı xüsusiyyətə malikdirlər?

A) miofibrillyar ATF-azadan təşkil olunub və troponin C yaratma xüsusiyyətinə malikdirlər

B) miofibrillyar ATF-azadan təşkil olunub və miozinlə, ATF və maqnеziumun iştirakı ilə birləşmə yaratma xüsusiyyətinə malikdirlər

C) miofibrillyar ATF-azadan təşkil olunub və aktin molekulaları ilə geri dönə bilən birləşmə yaratma xüsusiyyətinə malikdirlər

D) miofibrillyar ATF-azadan təşkil olunub və aktin molekulaları ilə geri dönə bilən birləşmə yaratma xüsusiyyətinə malik deyildir

E) ATF-aza və miozindən təşkil olunub və troponin C yaratma xüsusiyyətinə malikdirlər

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19

31) Sarkomerlərin nazik lifləri hansı molekulalardan təşkil olunmuşlar?

A) uzun miozin molekulasından və bir-birilə sıx əlaqəsi olan requlyator zülallardan –tropomiozin və troponindən

B) spiral zənciri formasında dolanmış və köndələn körpülər əmələ gətirən aktinin nazik lıflərinə doğru çıxmış uzun miozin molekulasından

C) köndələn körpülər əmələ gətirən uzun aktin lıflərinə doğru çıxmış iki spiral zənciri formasında dolanmış miozin molekulasından

D) iki spiral zəncir formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

E) köndələn körpülər əmələ gətirən nazik miozinin lıflərinə doğru çıxmış iki spiral zənciri formasında dolanmış aktin molekulasından

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 20

32) Hansı ionların kardiomiositlərdəki miqdarı ürəyin inоtrop vəziyyətini requlə edən əsas faktor hesab olunur? Onun hüceyrədaxili konsentrasiyası nə qədər çoxsa, o qədər də miokardın yığılma qabiliyyəti yüksək olar.

A) К+

B) Nа+

C) Са2+ və К+

D) СL-

E) Са2+

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 23

33) Ürək əzələsinin funksiyasını müəyyən edən həlledici faktor nədir?

A) mədəciklərin son sistolik həcminin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktor

B) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslı olmaması faktoru

C) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktoru

D) ürəyin yığılma qüvvəsinin mədəciklərin son diastolik həcmindən aslılığı faktoru

E) ürəyin yığılma qüvvəsinin mədəciklərin son sistolik həcmindən aslılığı faktoru

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24

34) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?

A) mədəciklərin yığılmasının yavaşımasına

B) maksimal yığılma sürətinin dəyişməsinə

C) maksimal yığılma gücünün zəifləməsinə

D) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

E) mədəciklərin yığılmasının sürətlənməsinə

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24

35) Frank-Starlinq qanununa əsasən hansı göstəricinin yüksəlməsi hesabına mədəciklərin yığılması güclənir?

A) son diastolik təzyiqin

B) son sistolik həcmin

C) son diastolik həcmin

D) son sistolik və son diastolik həcmin

E) son sistolik həcmin və son diastolik təzyiqin

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24

36) Simpatik aktivliyin və digər faktorların artmış təsirindən əmələ gələn ürək əzələsinin inotropizminin (yığılma gücünün) artması nəyə səbəb olur?

A) maksimal yığılma gücünün zəifləməsinə

B) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin zəifləməsinə

C) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin artmasına

D) maksimal yığılma sürətinin dəyişməsinə

E) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24

37) Miokardın inotrop (yığılma) halı mədəciklərin son diastolik həcmini artırmamaq qabiliyyəti ilə xarakterizə olunur (başqa sözlə Frank-Starlinq mexanizmini “qoşulmaması”), həmcinin damar yatağına:

A) kiçik həcmli qanı qovmaqla

B) böyük həcmli qanı, maqistral damarlardakı kiçik müqavimətə qarşı, qovmaqla

C) kiçik həcmli qanı, maqistral damarlardakı kiçik müqavimətə qarşı, qovmaqla

D) böyük həcmli qanı qovmaqla

E) kiçik həcmli qanı, maqistral damarlardakı böyük müqavimətə qarşı, qovmaqla

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24

38) Mədəciklərin sistolası hansı fazadan başlanır?

A) asinxron yığılma

B) mədəciklərin izovolümik yığılma

C) mədəciklərin izovolümik boşalma

D) qanın qovulma

E) mədəciklərin sürətli dolma

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26

39) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)

A) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtı

B) EKQ- də QRS kompleksinin başlanğicından, FKQ- dakı I tonun yükcək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtı

C) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yüksək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtı

D) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtı

E) EKQ- də T dişinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtı

Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26



Похожие документы:

  1. Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları

    Документ
    ... tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları 1) ... dir? A) Ləngimiş pnevmoniyada B) Diz oynağının artrozunda C) Xroniki salpinqooforitin infiltrativ dəyişiklikl ... cihazlarının siyahısına aşağıdakı ... edilmiş iqlimi olan yerli kardioloji sanatoriyalar ...
  2. Terapiya ixtisası üzrə nümunəvi test sualları

    Документ
    ... Terapiya ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü il tarixində əlavə edilmişdir. ... patoloji dəyişiklikləri C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanm ... ə, yaddaşın zəifləməsi B) Kardialgiya, göbək ətrafında küy C) ...
  3. Pediatriya ixtisası üzrə nümunəvi test sualları

    Документ
    ... ixtisası üzrə nümunəvi test sualları ... Keysəriyyə kəsiyi Ədəbiyyat: А.И.Воробжов ... D) endokrinoloq,otorinolarinqoloq,kardioloq,qastroenteroloqun konsultasiyasının tə ... zamanı əlavə müayinə metodlarına aid ... -funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki ...
  4. 1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?

    Документ
    ... ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü il tarixində əlavə edilmişdir. ... patoloji dəyişiklikləri D) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır ... ilə müştərək rast gəlinir? A) Kardialgiya, göbək ətrafında küy B) ...
  5. Ürək-damar xəstəliklərində xəstələrə ixtisaslaşdırılmış cərrahi yardımın təşkili

    Документ
    ... cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu ... siyahısıdir D) Müəyyən sıra ilə diaqnozların siyahısıdir E) Müəyyən təyin edilmi ... və Amerika kardioloji cəmiyyətl ... na əks göstəriş sayılan EKQ dəyişiklikl ... qabırğanın vəya əlavə boyun qabırğas ...

Другие похожие документы..